Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 12:40
İşğaldakı torpaqlarımızın azad olunmasında onun da payı var. O da vətənin azadlığı uğrunda canını fəda etdi...
Söhbət Qax rayon sakini Şamo Məhərrəmovdan gedir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 1997-ci ildə rayonun Ləkit kəndində anadan olan Şamo orta məktəbi bitirdikdən sonra, 2015-ci ildə hərbi xidmətə gedib. Şamo 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb. Atası Mətləb Məhərrəmov birinci Qarabag döyüşlərinin iştirakcısı olub. O, 1993-cü ildə Ağdam ətrafında gedən döyüşlərdə yaralanıb.
Şamo Məhərəmov müxtəlif istiqamətlərdə gedən döyüşlərdə böyük şücaət göstərib. O, ötən il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Qəhrəman şəhidimiz noyabrın 17-də torpağa tapşırılıb.
Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəsur Döyüşcü" və "Vətən Uğrunda" medaları ilə təltif olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: