Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 13:14
Hava nəqliyyatı ilə sərnişindaşımada COVID-19-a dair testlə bağlı tələblər dəyişib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bundan sonra Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar müəyyən şərtlərlə sərnişinləri reysə qəbul edəcəklər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin səfəri 18 yaşdan yuxarı sərnişinlər üçün yalnız COVID-19 pasportu və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd, həmçinin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında reallaşacaq.
1-18 yaş arasında sərnişinlərin səfəri isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında həyata keçiriləcək.
Azərbaycan vətəndaşları da əgər xaricdən ölkəmizə gəlirlərsə, onlar da uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.
Qərara əsasən, Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağalar da aradan qaldırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan yola düşən sərnişinlərin arayışlarının yoxlanması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Artıq bu tələb də ləğv edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: