Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 16:18
Almaniya Azərbaycanı COVID-19 pandemiyası ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb.
Sonxeber.net bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin Robert Kox İnstitutuna istinadən məlumat verir.
Yenilənmiş siyahı iyunun 11-də dərc olunub. Təhlükəsiz ölkələr siyahısında Kanada, ABŞ, Xorvatiya, İsveçrə, Norveç kimi ölkələr yer alıb.
Qeyd edək ki, bu günədək Azərbaycanda 334 992 nəfər koronavirusa yoluxub. Onlardan 327 907 nəfəri sağlıb, 4 951 nəfəri vəfat edib.