Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokio-2020-yə daha bir lisenziya

Tokio-2020-yə daha bir lisenziya

Tarix: 12 Iyun 2021 07:16

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, karateçimiz Firdovsi Fərzəliyev dünyanın ən mötəbər idman turnirində iştirak hüququ əldə edib. 60 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı bu nailiyyətə Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində imza atıb. O, bürünc medal görüşündə serbiyalı Stefan Cokiç üzərində 3:2 hesablı qələbə sayəsində olimpiadaya vəsiqəyə yiyələnib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 2 karateçisi - Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.

Milli.Az


Etiketlər:  Tokio 2020 daha bir lisenziya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ