Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 01:15
May ayının əvvəlindən sürətlə yayılan Hindistan ştammı koronavirus simptomlarının dəyişməsinə səbəbi ola bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "King's College London" universitetinin alimləri araşdırmalarında qeyd ediblər.
Alimlər baş, boğaz ağrısı və burun axıntısının indi COVID-19 simptomları olduğunu bildirib.
Araşdırmalar zamanı 40 yaşdan kiçiklərdə baş ağrısı 66%, boğaz ağrısı 53%, burun axıntısı 49% və qızdırma 42% müşahidə edilib.
İndi daha az insanın dad almaq hissiyatını itirdiyini bildirilib. Eyni zamanda yoluxmuş gənclərdə daha az soyuqdəymə simptomları olduğu və qoxu itkisinin artıq ən çox görülən 10 simptom arasında olmadığı vurğulanıb.