Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"COVİD-19 gələn qışa qədər mövsümi xəstəliyə çevriləcək" - Alman alim

Tarix: 14 Iyun 2021 21:54

Almaniyalı mütəxəssislərin fikrincə koronavirus pandemiya halını itirərək mövsümi xəstəlik halını alacaq.

Milli.Az xəbər verir ki, Berlindəki Universitet Xəstəxanası "Charité"nin Virologiya müdiri Christian Drosten qış aylarında yoluxma sayının daha da artacağını deyib:

"Yaydan sonra koronavirusa yoluxanların sayı daha da artacaq. Amma vaksinlərlə bu hal nəzarət altına alınacaq. Hazırda biz keçiş dönəmindəyik. İrəlidəki hədəf yetişkinlərin 80 faizinin vaksinasiya olunmasıdır. Düşünürəm ki, avqust, sentyabr ayına qədər Almaniyadakı əhalinin 80 faizi vaksinasiya olunacaq".

Digər tərəfdən Drosten qarşımızdakı aylarda uşaqların da vaksinasiya olunacağını bildirib. /medicina.az

Milli.Az


Etiketlər:  COVİD 19 gələn qışa qədər mövsümi xəstəliyə çevriləcək Alman alim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ