Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2021 15:34
2021-ci il iyunun 18-də ölkə üzrə 442 ictimai iaşə obyektində 795 monitorinq keçirilib. 13 restoran və kafedə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sonxeber.net-a verilən məlumata görə, monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 3 ünvanında yerləşən, hüquqi şəxs "BIG İDEA" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Vintage Gastro" kafesi;
2. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva 3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Rahim Rabil oğluna məxsus "Köz plus" kafesi;
3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;
4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Şüvəlan yolunda yerləşən, fiziki şəxs Kərimov Qadir Vəli oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Çopurov Elvin Araslan oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 103 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Ayaz Niyaz oğluna məxsus "Buğda" kafesi;
7. Bakı şəhəri, Yasamal rayonu, İzmir 27E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus "Pizza Bruno" restoranı;
8. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhan oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 45a ünvanında yerləşən, fiziki şəxs Bayramlı Salman Kamal oğluna məxsus kafe;
10. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Quliyeva Könül Seyfəddin qızına məxsus "Ləman" kafesi;
11. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Həşimov Fizuli Əsəd oğluna məxsus restoran;
12. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus "Ad Günü" kafesi;
13. Ağsu rayonu, Bakı-Qazax yolunun 144-ci kilometrliyində yerləşən, fiziki şəxs Hacıyev Süleyman Əliağa oğluna məxsus "Cənnət Park" restoranı.