Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerin enerjini saxlama miqdarı ikiqat artıb - Həyəcan Təbili

Yerin enerjini saxlama miqdarı ikiqat artıb - Həyəcan Təbili

Tarix: 20 Iyun 2021 13:58

Yerin Günəşdən gələn enerjini saxlama miqdarı misilsiz görülməmiş şəkildə - 2005-2019-cu illər arasında müqayisədə ikiqat artıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmik Agentliyi (NASA) ilə Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən hazırlanan ortaq hesabatda dünyanın günəşdən gələn enerjinin nə qədərini istilik şəklində saxladığı və nə qədərinin kosmosa buraxdığı ölçülüb, arasındakı fərq ortaya qoyulub.

2005 və 2019-cu illər arasında "enerji tarazsızlığı" olaraq bilinən istilik tutma səviyyəsinin təxminən iki dəfə artdığı vurğulanan hesabatda bu vəziyyətin okeanın, havanın və qurunun sürətlə istiləşməsinə səbəb olduğuna diqqət çəkilib.

Buna enerji tarazsızlığının atmosferdəki metan və karbon dioksid kimi istixana qazlarının artması, bulud örtüyü və dənizlərdə buz qatının azalması və suyun buxarlanmasının artmasındakı səbəb olduğu vurğulanıb.

Milli.Az


Etiketlər:  Yerin enerjini saxlama miqdarı ikiqat artıb Həyəcan Təbili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ