Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 19:56
Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib.
Trend-in məlumatına görə, finala Dina Averina (Rusiya, 21.650 bal), Katrin Taseva (Bolqarıstan, 21.100 bal), Yekaterina Qalkina (Belarus, 20.750 bal),Arina Averina (Rusiya, 20.750 bal), Viktoriya Onopriyenko (Ukrayna, 19.750 bal), Milena Baldassarri (İtaliya, 19.700 bal), Vlada Nikolçenko (Ukrayna, 19.350 bal), Aleksandra Acurcukuleze (İtaliya, 19.200 bal) və Nikol Zelikman (israil, 19.200 bal) yüksəliblər.
Azərbaycanlı gimastlar Zöhrə Ağamirova (18.700 bal) və Veronika Qudis (17.150 bal) finala yüksələ bilməyiblər.
Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.
Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin