Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 20:06
Avropa İttifaqında elektrik enerjisinin qiyməti kəskin şəkildə artıb. Lakin İspaniya da daxil olmaqla bəzi ölkələrdə qiymət artımı əhəmiyyətli dərəcədə olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Aİ Statistika Xidməti tərəfindən dərc edilən İstehlak Qiymətlərinin Harmonik İndeksinin (HICP) məlumatına görə, may ayında Avropa İttifaqında ev təsərrüfatları üçün elektrik enerjisinin dəyəri illik hesabda 12,9 faiz artıb. Eyni zamanda İspaniyada bu rəqəm 24 faiz artıb ki, bu da Avropa üzrə orta göstəriciləri iki dəfə üstələyir.
Avropa Statistika Xidmətinin məlumatına görə, İspaniya Norveç (38,4 faiz) və Lüksemburqdan (30,7 faiz) sonra Avropada elektrik enerjisi ilə bağlı xərclərin ən çox artdığı üçüncü ölkədir.
Elektrik enerjisinin dəyərinin artması Aİ ölkələrində illik inflyasiyanın 2,3 faizədək artmasına gətirib çıxarıb. Ev təsərrüfatlarının xərclərində xüsusi çəkisi büdcənin təxminən 10 faizini təşkil edən elektrik enerjisinin dəyərinin artımı Aİ ölkələrində illik inflyasiyanın 2,3 faizədək artmasına gətirib çıxarıb. İspaniyada istehlak qiymətlərinin artımı 2,4 faizə çatıb ki, bu da ölkədə illik artımın 2017-ci ilin aprelindən bəri (2,6 faiz) ən yüksək göstəricisidir.
İspaniyada elektrik enerjisi, qaz, bərk yanacaq və istilik enerjisinin qiymətlərinin inflyasiyası yenə də yalnız Norveçdən geri qalaraq, ötən ilin may ayı ilə müqayisədə 23,9 faiz təşkil edib. Bu bənd üzrə Aİ-nin orta göstəriciləri 5,5 faiz təşkil edib ki, bu da İspaniya göstəricilərindən 4 dəfə aşağıdır.