Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 23:21
Bağırsaq xərçəngi insanların vaxtında kolonoskopiyaya getməməsi səbəbindən gecikmiş diaqnoz olunan şiş növüdür.
Əgər 10 il əvvəl bu xəstəlik 60 yaşdan sonra daha çox rast gəlinirdisə, indi bu yaş 40-a enib.
Sonxeber.net xəbər verir ki, alman qastroenteroloqu Berndt Bircner hansı hallarda kolonoskopiya olunmağı açıqlayıb.
Profilaktik kolonoskopiya hətta sağlam görünən və şikayət olmadığı halda 35 yaşdan sonra hər 3-4 ildən bir dəfə edilməlidir. Bu zaman xərçəngönü vəziyyətləri, polipləri vaxtında görüb qarşısını almaq olur.
Amma əgər sizdə bu əlamətlər varsa, yubanmadan kolonoskopi olunmalısız.
- rektal, yəni anusdan qanaxma - istər tualetdə, istərsə də qeyri-halda
- Qəbizlik, günlərlə tualetə getməmək
- Səbəbsiz ürəkbulanmalar
- Qarında güclü spazm və ağrılar
Bu hallar olarsa, heç bir əlavə müayinə düşünmədən birbaşa kolonoskopiyaya getmək lazımdır. /medicina.az