Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Artek” düşərgəsində koronavirus alovlandı - 60 uşaq təcrid edildi

''Artek” düşərgəsində koronavirus alovlandı - 60 uşaq təcrid edildi

Tarix: 21 Iyun 2021 22:46

Beynəlxalq uşaq istirahət düşərgəsi "Artek"də 12 məktəblidə koronavirus aşkarlandıqdan sonra 60 uşaq və 17 dəstə rəhbəri təcrid olunub.

Sonxeber.net xəbər verir ki, "Artek"də hazırda 2535 uşaq yerləşir.

Bütün uşaqlar hər gün yoxlanılır və yüngül əlamətlərdə belə dərhal tibbi məntəqəyə göndərilir.

Yoluxanlar xəstəliyi yüngül keçirir və onlar Yaltada xəstəxanaya aparılıb.

Uşaqların valideynlərinin bəzisi narahat olaraq düşrgəyə və xəstəxanaya gəliblər.

Bildirilib ki, iyun ayında "Artek" qəbula başlayanda 2000 işçi PZR test olunub və heç kimdə virus aşkarlanmayıb.

Sanitar gigiyenik qaydalara da əməl olunur.

Hazırda "Artek"in daxili təmiz zona hesab edilir.

"Artek" fəaliyyətini dayandırmır, 5 iyulda növbəti növbə uşaqları 85 regiondan qəbul edəcək.

Hazırda "Artek"də Rospotrebnadzorun komissiyası işləyir və 9 düşərgənin hamısını yoxlayır. /medicina.az


Etiketlər:  Artek düşərgəsində koronavirus alovlandı uşaq təcrid edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ