Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 08:18
Yaltada daşqın nəticəsində 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 49 nəfər yaralanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Yalta administrasiyasının rəhbəri Yanina Pavlenko bildirib.
Onun sözlərinə görə, yaralıların əksəriyyəti yüngül dərəcədə xəsarət alıb.
Əmlak itkisi və ya dəymiş ziyanla bağlı əhali tərəfindən aidiyyəti üzrə 143 müraciəti edilib.
İnsanlara kömək məqsədilə regional büdcədən müvafiq həcmdə vəsait ayrılıb.