Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 10:36
Paşinyanın qələbəsi gözlənilən idi. Amma xüsusən də Qarabağ müharibəsindəki məğlubiyyət faktorunu nəzərə alsaq, belə bir üstünlük qazanacağı ehtimal edilmirdi.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı ekspert Sergey Markedonov deyib.
"Fevral böyük ümidlər, müxalifətin kütləvi mitinqləri ayı idi. Amma onlar kəmiyyətdən keyfiyyətə keçə bilmədilər. Artıq onda düşünmək lazım idi. Müxalifətin problemi həm də onda idi ki, onlar birləşə bilmədilər, hərə ayrı kolonla getdi. Hakimiyyət isə effektiv və sınaqdan keçmiş "Bəli, ola bilər bizdə indi yaxşı deyil, amma xatırlayın, əvvəl necə idi" strategiyasından istifadə etdi", - Markedonov bildirib.