Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 15:48
"Buta Farm" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.
Sonxeber.net Unikal.org-a istinadən bildirir ki, protokol baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Anar Sadıqovun sədrliyi ilə baxılacaq.
Şirkətə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib.
Bu inzibati xətaya görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq edilir.