Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ər axtarıram” - Qız şüar açdı

“Ər axtarıram” - Qız şüar açdı

Tarix: 23 Iyun 2021 10:10

Futbol üzrə Avropa çempionatının Sankt-Peterburqda keçirilən İsveç-Slovakiya oyununa tamaşaçı qismində qatılan rus qızının qaldırdığı plakat diqqət çəkib. Rus qızın başının üzərinə qaldırdığı plakatda ingilis dilində "Ər axtarıram" sözləri yazılıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, xanım bu plakatla da sosial medianın gündəminə çevrilib. Məlumdur ki, Avro-2020 koronavirus pandemiyası səbəbiylə 1 il təxirə salındı.

Pandemiya hələ bitmədiyindən Avro-2020 tək bir ölkədə deyil, dünyanın 11 müxətlif ölkəsində, ayrı-ayrı şəhərlərdə keçirilir. Rusiyanın Sankt-Peterburq şəhərində də qrup oyunlarının bir neçəsi keçiriləcək.

Stadionlara azarkeşlər az sayda buraxılır. Eyni zamanda modellik edən Anastasiya isə belə bir diqqət çəkən plakat qaldırıb.

Sonra da sosial şəbəkədə fotosunu paylaşaraq "əylənin, gülümsəyin, fotbolun keyfini çıxarın", "Əla oyunlar və nəşəli seyrcilər üçün təşəkkülər", sözlərini də əlavə edib. 

Milli.Az


Etiketlər:  axtarıram Qız şüar açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ