Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 aylıq körpədən inanılmaz hərəkət

10 aylıq körpədən inanılmaz hərəkət

Tarix: 23 Iyun 2021 10:16

ABŞ vətəndaşı olan qadın bildirib ki, onun 10 aylıq körpəsi "iPad" ilə oynayan zaman ailəyə məxsus "Tesla" elektromobilinin proqram yeniləməsi üçün yüksək məbləğdə pul xərcləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu barədə "TikTok" istifadəçisi "@stayfitstaylit" öz səhifəsində paylaşım edib.

Proqram yeniləməsi sayəsində onun elektromobili avtopilotda hərəkət edə, zolaqları avtomatik olaraq dəyişə və park edə, tam avtonom kompüter səviyyəsinədək yenilənə və işıqforları tanıya biləcək. Qadın bildirir ki, uşaq bütün bunlar üçün avtomobil tətbiqində 10 837 dollar məbləğində ödəniş edib.

Qadın əməliyyatların təsdiqi olaraq alış qəbzlərini, alış bildirişlərini, eləcə də elektromobilin öz-özünə qarajdan çıxmasını və sərnişinlər üçün qapıları açmasını videoya çəkib.

Ancaq buna baxmayaraq, ailə uşağın dəcəlliyindən məmnundur. Belə ki, körpənin anası bu alış-verişi əvvəl də əri müzakirə etdiyini bildirib və onların etməli olduğunu körpənin etdiyini deyib.

Milli.Az


Etiketlər:  aylıq körpədən inanılmaz hərəkət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ