Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 12:04
Məbləğ birbaşa tələbəyə deyil, ali təhsil müəssisələrinə ödənəcək
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, təhsil haqqını ödəməkdə problemlər yaşayan tələbə və abituriyentlərə dəstək məqsədilə yaradılan Təhsil Tələbə Krediti Fondundan yalnız ölkə daxilində oxuyan şəxslər yararlana biləcəklər.
Belə ki, sözügedən kreditlərin 2 qrupa bölünməsi nəzərdə tutulub. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq.
Tələbə kreditləri həm əyani təhsil alanlara, həm də qiyabi şəkildə oxuyanlara şamil olunacaq. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə ödəniləcək ki, bu da həmin kreditin kommersiya məqsədi daşımadığını göstərir. Kreditlərin verilməsi meyarlarına gəldikdə isə...
Standart kreditlərdən yararlanmaq istəyən tələbələr üçün müəyyənləşdirilən qaydalardan danışan nazirliyin nümayəndəsi bildirdi ki, ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi əsas şərtlərdəndir.
Qeyd edək ki, növbəti tədris ilindən etibarən tələbələr bu kreditlərdən yararlana biləcəklər. Onu da xatırladaq ki, yüksək peşə təhsili alan tələbələrə də kreditlərin verilməsi nəzərdə tutulur.