Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda “delta” ştammı qeydə alınıb? - TƏBİB açıqladı

Azərbaycanda “delta” ştammı qeydə alınıb? - TƏBİB açıqladı

Tarix: 24 Iyun 2021 19:46

Son günlər bir çox ölkədə Hindistanda meydana gələn COVID-19 virusunun "delta" ştammı sürətlə yayılır. Belə ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda son sutka ərzində qeydə alınan koronavirusa yoluxma hallarının 56 faizi "delta" ştammının payına düşür. Ötən gün isə qonşu Türkiyədə 134 nəfərdə yeni ştamma yoluxma faktı qeydə alınıb. Həmçinin Gürcüstanda da 20 nəfər sözügedən ştamma yoluxub.

"Delta" ştammının qonşu ölkələrdə sürətlə yayıldığını nəzərə alaraq Azərbaycanda aşkarlanıb-aşkarlanmadığı ilə maraqlandıq. TƏBİB-dən Sonxeber.net-ın sorğusuna cavab olaraq bildirildi ki, virusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır.

"Bu günə kimi Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur".

Qeyd edək ki, indiyə qədər 90-dan çox ölkədə "delta" ştammı yayılıb. Bu növün daha sürətli yoluxma qabiliyyətinə malik olduğu bildirilir.


Etiketlər:  Azərbaycanda delta ştammı qeydə alınıb TƏBİB açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ