Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 12:16
Şənliklərə yaradılan şərait yas mərasimlərinin də keçirilməsinə icazə veriləcəyinə ümid yaradıb. Vətəndaşlar ümid edirlər ki, yas mərasimlərinin keçirilməsi üçün də müvafiq qərar veriləcək.
Sakinlər arasında yas mərasimlərinin necə keçirilməsini təklif edənlər də var.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Fazil Mustafa məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, bötüvlükdə qadağa yanlış qərardır. Çünki insanlar öz ağır günlərində qapıya gələn insanları geri qaytara bilmir, bu da öz növbəsində böyük bir problemə çevrilir.
Millət vəkili hesab edir ki, sadəcə qaydaları tənzimləmək lazımdır.
Fazil Mustafa onu da bildirib ki, yas mərasimlərinə də say məhdudiyyəti qoyula bilər. Onun fikrincə, bütün hallarda sosial məsafə, dezinfeksiya qaydalarına əməl etməklə prosesi həyata keçirmək olar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: