Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində göstərilmiş qəhrəmanlıqlar əvəzsiz qalmır - ŞƏRH

Vətən müharibəsində göstərilmiş qəhrəmanlıqlar əvəzsiz qalmır - ŞƏRH

Tarix: 25 Iyun 2021 14:30

"Ərazilərimizin işğaldan azad olunmasına görə Vətən müharibəsində iştirak etmiş və müəyyən döyüş tapşırıqlarının uğurla icrasında rolu olmuş könüllü və səfərbər edilmiş döyüşçülərin təltifatının davam etdirilməsi Azərbaycanın Vətən müharibəsi konsepsiyasına dövlət münasibətinin bir nümunəsidir".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, müəyyən müddət keçsə belə, Vətən müharibəsində göstərilmiş qəhrəmanlıqlar, şücaətər əvəzsiz qalmır:

"Məsələ burasındadır ki, hər hansı bir ölkə olursa olsun, müharibədə iştirak etmiş şəxslərin təltif edilməsi, onların qiymətləndirilməsi müharibənin özünün gedişində əməliyyatların uğurla icra edilməsi qədər vacib və önəmlidir. Çünki bəzən belə fikirlərə rast gəlinir ki, əgər müharibə bitdisə, müharibədən sonra fasiləsiz şəkildə döyüşçülərin təltifinin davam etdirilməsi məna kəsb etməyən bir yanaşmadır. Bu, əslində düzgün deyil. Çünki müharibə bir an olub bitən hadisə deyil. Müharibənin ayrı-ayrı döyüş səhnələri hətta müharibə bitəndən sonra da təhlil edilir, araşdırılır və anındaca bəlli olmayan müəyyən döyüş məqamları və qəhrəmanlıqlar sonradan aşkar olunur.

Xatırlayaq ki, II Dünya müharibəsindən sonra Sovet höküməti - hansının ki, tərkibində Azərbaycan döyüşçüləri də var idi - hətta müharibədən bir neçə il keçəndən sonra müəyyən döyüş səhnələrinin araşdırılması və həqiqətlərin üzə çıxarılması nəticəsində hətta Azərbaycandan olan müəyyən qəhrəmanların təltifinə rast gəldik. Bu gün də Azərbaycan dövləti Vətən müharibəsində iştirak etmiş ayrı-ayrı şəxslərin təltifini ona görə davam etdirir ki, döyüşün ayrı-ayrı mərhələləri və səhnələri yenidən öyrənilir, araşdırılır və qəhrəmanlığı, göstərdiyi şücaətlər anındaca qiymətləndirilməmiş döyüşçülərin təltifatı davam edir. Bu, birincisi Vətən müharibəsi konsepsiyasına dövlətin tam münasibətinin nəticəsidir, ikincisi böyük tərbiyəvi rola malikdir.

Cəmiyyətimiz bir daha görür ki, hətta müharibə dövründə təltif olunmayanlar belə dövlətin nəzərində unudulmur və müəyyən müddət keçsə belə, göstərilmiş qəhrəmanlıqlar, şücaətər əvəzsiz qalmır, diqətdən yayınmır. Müharibə qurtarandan sonra da Azərbaycan döyüşçülərinin ölkə Prezidenti tərəfindən təltif olunması həm Vətən müharibəsi konsepsiyasına Azərbaycan dövlətinin tam və kamil, bitkin münasibətinin nəticəsidir, həm böyük nümunəvi əhəmiyyətə malik olan addımdır, həm də bir daha onun nümayişidir ki, Azərbaycan, Vətən yolunda şücaət göstərmiş və döyüş tapşırıqlarını qüsursuz şəkildə yerinə yetirmiş istənilən şəxs müharibədən nə qədər müddət keçməyindən asılı olmayaraq dövlətin nəzərində qiymətlidir və dəyərləndirilir".

Təhməz Əsədov


Etiketlər:  Vətən müharibəsində göstərilmiş qəhrəmanlıqlar əvəzsiz qalmır ŞƏRH


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ