Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 22:36
İtaliyada aparılan araşdırmaya görə, koronavirus keçirən insanlarda sağaldıqdan 2 ay sonra idrak və davranış problemləri yaranır.
Sonxeber.net xəbər verir ki, çalışmada xəstələrin 50 faizindən çoxunda idrak problemləri, 16 faizində çevik düşünmə, 6 faizində isə yaddaşla bağlı problemlərin yarandığı bildirilib. Hər 5 xəstədən birində isə travmadan sonra stress pozuntuları, depressiya kimi əlamətlər ortaya çıxır.
Qeyd edək ki, mütəxəssislər virusun daha çox gənclərə təsir etdiyini vurğulayıblar. /medicina.az