Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb

Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb

Tarix: 26 Iyun 2021 08:58

Ermənistan ordusunun bir aydan çoxdur itkin düşmüş hərbi qulluqçusu Norik Mkrtçyan hələ də tapılmayıb.

"Müvafiq orqanların axtarışları davam edir. Bizi 90 % əmin edirlər ki, o, əsir deyil, Norik Ermənistan ərazisindədir, amma harada olduğunu bilmirik. Cinayət işi qaldırılıb, o, iş çərçivəsində axtarışa verilib. Amma fakt odur ki, oğlan yoxdur", - deyə Tavuş əyalətinin Noemberyan rayonunun Koxb kəndinin başçısı Arsen Ağababyan bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, Norik hərbi hissəni tərk etdikdən sonra evdə görünməyib. O, cəmi 3 ay xidmət edib.

Xatırladaq ki, hadisə Vardenisdəki hərbi hissədə, mayın 18-də olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Norik Mkrtçyan hərbi hissəni tərk edib və yoxa çıxıb.

Milli.Az


Etiketlər:  Ermənistanda əvvəl itkin düşmüş hərbçi hələ tapılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ