Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mbappe qol vura bilmədiyinə görə əsəbiləşmir"

Tarix: 27 Iyun 2021 20:38

Fransa millisinin müdafiəçisi Rafael Varan komanda yoldaşı Kilian Mbappenin Avro-2020-dəki qolsuz seriyasından danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu vəziyyətin 22 yaşlı hücumçunu əsəbiləşdirmədiyini deyib:

"Mbappe qol vura bilmədiyi üçün əsəbiləşib? Mən belə düşünmürəm. O hücumçudur və forvardlar özlərinə arxayın olmaq üçün qol vurmalıdırlar. Avropa çempionatının başlanğıcında yaxşı idi. Hücumçularımızın eyni ruhda davam edəcəyini və daha çox qol vura biləcəyini ümid edirik".

Xatırladaq ki, Fransa 1/8 finalda sabah İsveçrə ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Mbappe qol vura bilmədiyinə görə əsəbiləşmir


RƏYLƏR