Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada son sutkada koronavirusdan 611 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 611 nəfər ölüb

Tarix: 28 Iyun 2021 16:02

Rusiyada son sutka ərzində daha 21 650 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 472 941 nəfərə çatıb.

Son sutka ərzində 611 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 893 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.


Etiketlər:  Rusiyada sutkada koronavirusdan nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ