Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus ''oğru'' Portuqaliyada həbs edildi: Azərbaycanlı ''Babulya'' ilə onu nə bağlayır?

Rus ''oğru'' Portuqaliyada həbs edildi: Azərbaycanlı ''Babulya'' ilə onu nə bağlayır?

Tarix: 29 Iyun 2021 14:20

Portuqaliyada 58 yaşlı "qanuni oğru" Stepan Furman həbs edilib.

Sonxeber.net Lent.az-a istinadən bildirir ki, "Styopa Murmanski" ləqəbli avtoritet mütəşəkkil cinayətkar dəstə təşkil etməkdə ittiham olunur. 

Məlumata görə, Stepan Furman iki il idi beynəlxalq axtarışa verilmişdi.

Furmanın adı azərbaycanlı "qanuni oğru" Valeh Hacıbala oğlu Hüseynovla birgə hallanır. "Babulya" ləqəbli Hüseynovla Furman möhkəm dost olublar. Onlar SSRİ-nin və Rusiyanın ən qapalı həbsxanalarından olan "Vladimirski Sentral"da bir cəza çəkiblər, eyni vaxtda "qanuni oğru" adını alıblar. 
Məlumata görə, Hüseynov hazırda cinayətkar aləmdən uzaqlaşıb, sakit həyat keçirir.


Etiketlər:  oğru Portuqaliyada həbs edildi Azərbaycanlı Babulya ilə bağlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ