Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 13:06
"Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik. Bununla belə, hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, sentyabr və oktyabrda "Delta" ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir: "Peyvəndlərdən mütləq şəkildə istifadə etməliyik. Peyvəndlər təsirli və təhlükəsizdir".