Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rayonlularla bağlı dediyi fikirlərə aydınlıq gətirdi - VİDEO

Rayonlularla bağlı dediyi fikirlərə aydınlıq gətirdi - VİDEO

Tarix: 2 Iyul 2021 13:15

Xalq artisti Sərxan Sərxan sonuncu verdiyi müsahibədə rayonluların teatr, konsert anlayışı olmayan, təhsil aldıqları müddətcə şəhər mədəniyyətinə öyrəşmələri ilə bağlı işlətdiyi ifadələr sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ünvanına səsləndirilən fikirlərə cavab olaraq video açıqlama yayımlayıb. O, qabardılan mövzunun jurnalist tərəfindən edilən müdaxilədən yarandığını bildirib:

"Təəssüflər olsun, elə jurnalistlər var ki, mən bunu bilərəkdən etdiklərini düşünmürəm, lakin 1 dəqiqəlik məşhurluq üçün sensasiya naminə nəsə edirlər. Bu səbəbdən müsahibənin kontentindən kənara çıxırlar. Bu yaxınlarda mən də birini vermişdim, hansısa sözə öz fikirlərini əlavə edərək başlıq çıxarıb internetdə paylaşırlar.

Mən həmişə gənc jurnalistləri dəstəkləməyə çalışmışam. Pandemiya ilə əlaqədar Moskvada olduğum müddət ərzində mənə çoxlu zənglər gəlirdi. Onların heç birinə yox deməmişəm. Tam əksi kömək edib, haradasa yönləndirmişəm. Məndən müsahibə alan jurnalistin belə bir məqsədi olduğunu düşünmürəm. O ürəklə işini görürdü. Mən hətta yazını oxumuşdum. Görünür yazıda müxtəlif mövzular olsa da, kimsə həmin ifadəni önə çıxararaq daha çox sensasiya yaratmağa çalışıb.

Qəzəblənmirəm. İstəyirəm onlar bundan arınsınlar. Bu bizi birləşdirmir, tam əksi parçalayır. Diqqətli olun. Hər bir halda mən sizin hamınızı, bütün Azərbaycan xalqını sevirəm. Yazıda qeyd ediblər ki, rayonluları sevmir, dərinə getsək biz elə hamımız rayonluyuq. Heç vaxt bunu ayırmamışam. Sizin üçün darıxıram. Uçuşlar mümkün olduğu halda Moskvadan qayıdacağam".

Milli.Az


Etiketlər:  Rayonlularla bağlı dediyi fikirlərə aydınlıq gətirdi VİDEO


RƏYLƏR