Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

Tarix: 2 Iyul 2021 23:32

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava açıqlayıb.

"Dünən axşam axtarışları bərpa etdikdən sonra daha iki nəfərin cəsədi tapıldı. Bununla da ölənlərin sayının 20-yə çatdığını təsdiqləyə bilərik", - Kava belə deyib. O, ölənlərdən birinin uşaq olduğunu bildirib.

Qeyd edək ki, Florida ştatının rəhbərliyi bina çökdükdən sonra itkin düşdüyü ehtimal edilən 15 nəfərin yerini müəyyən ediblər və bununla da taleyi naməlum olanların sayı 128-ə düşüb.

"Müfəttişlərimiz taleyi bilinməyən şəxslərin axtarışlarını davam etdirir. Bəzi hallarda ailələr öz yaxınlarının çökmüş binada ola biləcəkləri barədə xəbər verirdilər, ancaq bunun belə olmadığı müəyyən edildi. Beləliklə, hazırda 128 nəfərin taleyi naməlum olaraq qalır", - deyə Daniella-Livayn Kava əlavə edib.

Milli.Az


Etiketlər:  ABŞ binanın çökməsi nəticəsində ölənlərin sayı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ