Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 15:42
Qadınlar hamiləlik ərəfəsində yeyib-içdiklərinə fikir verməli, daha çox vitamin qəbul etməlidirlər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sağlam qidalanma uşağınızın da sağlam doğulmasına kömək edəcək.
Mütəxəssislər bildirir ki, hamiləlik zamanı bu 6 qidanı mütləq yeməlisiniz.
Taxıl məhsulları - taxıl tərkibli qidalar dəmirlə zəngindir. Səhər yeməyində yeyə, gözəl bir sendviç hazırlaya və ya axşam yeməyinə pəhriz düyüsü hazırlayıb qidalana bilərsiniz
Lobya - Lobyanın hər növü süfrənizdə mütləq olmalıdır. Yanına ət qoya və ya salatın tərkibinə əlavə edə bilərsiniz. Proteinlə zəngin olan lobya həm də kalsium və dəmir tərkiblidir.
Qıl balıq - omeqa ilə zəngindir. Körpənin beyin və gözləri üçün mütləqdir. Eyni zamanda proteindir və tərkibində B vitamini çoxdur.
Yumurta - Proteindir. İçərisində çox sayda vitamin və mineral var. Uşağın beyin inkişafı üçün önəmlidir. Lakin yeyərkən yaxşı bişməsinə diqqət edin.
Az yağlı qatıq - Bir stəkan az yağlı qatıq və süddən daha çox kalsium verir. Şəkər əvəzinə içərisinə quru meyvə tökün.
Giləmeyvələr - Hamiləlik zamanı böyürtkən, qarağat və moruq yeməyiniz mütləqdir. Həm dadlıdır, həm də vitaminlərlə zəngindir. Sizi çoxlu C vitamini ilə təmin edəcək.