Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Adımı ləkələdi, məni bitirdi'' - Ayşəgül

''Adımı ləkələdi, məni bitirdi'' - Ayşəgül

Tarix: 3 Iyul 2021 17:50

Sevgilisi Furkan Çalıkoğlu ilə getdikləri əyləncə məkanında davaya qarışdığı və polisə kəllə atdığı iddia edilən aktrisa Ayşegül Çınar o gecə barədə danışıb. 

Sonxeber.net sia-ya istinadən xəbər verir ki, sevgilisi Furkan haqqında "Kaş heç onu tanımasaydım" deyib.

Aktrisa, "Furkanın əsəb idarəetmə problemi var, amma onu çox sevirəm ... kaş heç onu tanımasaydım. Həm özünü, həm də məni məhv etdi. Adımı ləkələdi, heç kim mənə iş vermir" deyib.

Ayşegül Çınar hadisənin baş verdiyi gecəni belə izah etdi: "Məsələ mətbuatda bildirildiyi kimi deyil. O gecə Furkanla Karaköydəki bir otelin terasındakı restorana getdik. Növbəti saatlarda qonşu masada bir nəfər Furkanın başında butulka qırdı. Furkan da çox əsəbləşdi. Mən o adamla dava edərkən restoran işçiləri sevgilimin üstünə düşdü. Rəsmi olaraq Furkanı təklədilər. Daha sonra hadisə yerinə polis gəldi".

"Furkan polisin silahını götürdü və havaya atəş açdı. Davanın bitməsi üçün bunu etdi. Orada qurban olduq və bütün Türkiyə bizi günahkar bildi. Polisə qulaq asmadım. Bunu etsəydim, sərbəst buraxılmazdım, həbsxanada qalardım. Düzdür, Furkanın əsəb problemi var, bunu bilirəm. Amma mən onu sevirəm. Kaş onu heç tanımasaydım. Həm özünü, həm də məni məhv etdi. Karyeram məhv oldu. Artıq heç kim mənə iş vermir!".

Ayşegül Çınar sözlərini belə davam etdirdi: "Furkan həbsxanaya getdi, mən də tək qaldım. Ailəmin etibarını və işimi itirdim".


Etiketlər:  Adımı ləkələdi məni bitirdi Ayşəgül


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ