Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 22:52
Hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri Azərbaycan qanunvericiliyinə əsasən müəyyənləşdirilib.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1-20.3-cü maddələrinə uyğun olaraq, dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
- bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün - 220 manat;
- kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün - 3 manat;
- digər hüquqi şəxslərin qeydiyyatı üçün - 11 manat.