Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 11:30
Tovuzda sahibkarlar tonlarla pomidoru məhv edirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, istixana şəraitində pomidor əkini ilə məşğul olan təsərrüfat sahibləri məhsullarını nə xaricə ixrac edə, nə də daxili bazarlarda sata bilirlər.
Səbəb yerli bazarlarda alış üçün təklif olunan qiymətin sərf olunan qiymətə uyğun olmamasıdır. Fermerlər məhsulun maya dəyərini çıxara bilmədiklərini idiia edirlər.Məshuslun xarici bazarlara çıxa bilməməsi də sahibkarları məyus edib.
Bazarlarda və satış obyektlərində isə fərqli mənzərə müşahidə olunur. Yerində 5-8 qəpiyə satılan pomidor piştaxtalarda 20 qəpiyə təklif edilir.
Pomidorun satış qiymətinin aşağı olması sahibkarların işini çətinləşdirib.Onlar əziyyət çəkərək yetişdirdikləri məhsuldan qazanc əldə edə bilmirlər.
Artıq istixana sahibləri daha çox maliyyə vəsaiti itirməmək üçün əkini özləri məhv edirlər.
Bu il zərər edən sahibkarlar gələn mövsum digər bitkilərin əkini ilə məşğul olacaqlarını bildirirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: