Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 14:14
"Paşinyan Ermənistanda siyasi böhranla qarşılaşdıqdan sonra hakimiyyətə qayıtdı və o, yerli əhalinin müharibədəki məğlubiyyətdən və sonsuz siyasi gərginliklərdən bezdiyinə görə seçkiləri asanlıqla qazandı. Lakin Paşinyan populyar lider deyil".
Bunu Sonxeber.net-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Ekspert bildirib ki, Paşinyan indiki halda müstəqil qərar vermək istəsə də, Rusiyanın təsirindən uzaqlaşa bilmir:
"Ölkənin aşkar üstünlükləri olmadan dağıdıcı bir müharibəyə girməsinə və geri qayıtmasına səbəb olan hiyləgərliyi ona etibar və dəstəyə başa gəldi. Revanşistlər Paşinyanın həssas mövqedə olmasından və nə etsə də geniş dəstəklənməyəcəyi vəziyyətindən istifadə edərək böyük ehtimalla Azərbaycanla sülh müqaviləsini imzalamamaq üçün təzyiq göstərəcəklər.
Paşinyan çox güman ki, öz dəstək bazasını özündən uzaqlaşdırmamaq üçün mübarizə apararkən rəsmi Bakının sülh çağırışlarına məhəl qoymamaqla hələ ki Köçəryan tərəfdarını rahatlaşdırmağa çalışır. 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatları ilə üzərinə öhdəliklər götürdüyünə və məsələdə heç bir real seçiminin olmamasına baxmayaraq, Paşinyan Azərbaycanın xarici təzyiqinə zəif lider kimi görünmək istəmir. Bundan əlavə, Paşinyan indiki halda müstəqil qərar vermək istəsə də, buna inansa da, münaqişənin həllində Rusiyanın təsirindən və maraqlarından uzaqlaşmaq olmaz.
Müəmmalı vəziyyət mövcud olduğu, sülh sazişinin imzalanması prosesi ləngidiyi halda Moskva "vasitəçi" və "güc vasitəçisi" kimi strateji dəhlizlərdə ehtimal olunan sülhməramlılarının rolunu az-az artırmaq və ya sərhəddəki müxtəlif erməni təxribatlarına göz yummaqla regiondakı varlığını artırmaq üçün planlar qura bilər. Müharibə zamanı Moskvadan başqa köməyinə qaçanın olmadığını nəzərə alsaq, Paşinyanın Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün bir yolu yoxdur.
Paşinyan Rusiyadan özbaşına bir qərar verərsə, rəsmi Moskva Ermənistan üçün 44 günlük fəlakətli müharibəyə müstəqil və məsləhətləşmədən daxil olduğunu xatırlada bilər. Rusiya Ermənistandan heç olmasa Azərbaycanı istismar etdiyi qədər faydalanır və bu məsələlərdə özünü güclü mövqedən təlqin edir. Bununla yanaşı sülh sazişinin nə vaxt imzalanacağı da məlum deyil. Bakının bu məsələdəki real danışıq ortağı İrəvan deyil, bu zaman qrafikində hərəkət etməyi üstün tutan və sülh sazişindən mümkün qədər açıq şəkildə imtina edən rəsmi Moskvadır. Rusiyanın hazırki vəziyyətdə sülhü təşviq etmək əvəzinə məhdudlaşdıracaq şərtlərdə manevr etmək imkanı var".
Təhməz Əsədov