Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Heç-heçə sizin üçün pis nəticə sayılmamalıdır" - "Bney Yehuda"nın baş məşqçisi

Tarix: 8 Avqust 2019 23:36

"Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi".

Qol.az xəbər verir ki, bu sözləri  "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə Bakıda keçirilən oyunundan (2:2) sonra mətbuat konfransında deyib.

- İkinci hissədə sadəcə müdafiəni düşünürdük. Oyundan əvvəl matçın 2:2 hesabı ilə nəticələnəcəyini desəydilər, razı olardım. Amma 2:0 hesabı ilə öndə olandan sonra belə nəticə ürəyimizcə olmadı.

- Qeyd etdiniz ki, ikinci hissədə müdafiəyə çəkilmişdiniz. Sanki daha çox hesabı qorumağa çalışırdılar. Futbolçuların tez-tez vaxtı uzatmaq üçün yerə yıxılırdıllar. Bu oyununuzdan utanırsınızmı?

- Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdır. Yenə belə suallar versəniz, mətbuat konfransını tərk edəcəm.

- Evdə də müdafiə futbolu oynayacaqsınız?

- Yenə bu oyuna baxacağıq. Ondan sonra cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik.

- Bu hesabdan sonra şansları yenə 50/50-ə sayırsınız?

- Bu barədə hələ heç nə deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox güclü komandadır. Təəssüf ki, biz cavab görüşünə qədər əlavə oyunçu sifariş ərizəsinə sala bilməyəcəyik. Oradakı matçın necə nəticələnəcəyini həyat göstərəcək.

 


Etiketlər:  Heç heçə sizin üçün pis nəticə sayılmamalıdır Bney Yehudanın baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ