Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qatar xətti su altında qaldı - Hərəkət dayandırıldı - VİDEO

Qatar xətti su altında qaldı - Hərəkət dayandırıldı - VİDEO

Tarix: 5 Iyul 2021 20:32

Əlverişsiz hava şəraiti Türkiyənin əksər bölgələrində ciddi problemlər yaratmaqda davam edir. Sel və daşqınlar nəqliyyatın, o cümlədən qatarların hərəkətinə də problemlər yaradıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İiyulun 3-nə proqnozlaşdırılan güclü yağış və külək Ankarada da fəsadlara səbəb olub. 

Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin məlumatına görə, Ankara-Konya sürətli qatar xəttinin Sarayönü hissəsi sular altında qalıb.

Bu səbəbdən Ankara-Konya, İstanbul-Konya və əks istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Hazırda təbii fəlakət bölgəsinə xilasedici və bərpa briqadaları cəlb olunub. 

Su altında qalan dəmir yolunda qatarların hərəkətinin təhlükəsizliyi bərpa olunandan sonra qatarların işləməsinə icazə veriləcək.


Etiketlər:  Qatar xətti altında qaldı Hərəkət dayandırıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ