Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxda avtobusun aşması nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb

Qazaxda avtobusun aşması nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb

Tarix: 5 Iyul 2021 22:48

22:40

Qazaxda avtobusun aşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, xəsarət alan şəxslər - 1986-cı il təvəllüdlü İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, 1998-ci il təvəllüdlü İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilov Yusif Tahir oğlu, azyaşlı İbrahimxəlilova Mehriban Tahir qızı azyaşlı, İbrahimxəlilov Pənah Mehman oğlu, 2020-ci il təvəllüdlü İbrahimxəlilova Mədinə Mehman qızı və 7 yaşlı İbrahimxəlilova Nərmin Natiq qızıdır.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

---------

21:42

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "Sprinter" sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2-si uşaq olmaqla, 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadidə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qazaxda avtobusun aşması nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ