Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pul üçün buna məcburam'' - Xatun

''Pul üçün buna məcburam'' - Xatun

Tarix: 6 Iyul 2021 19:45

"Mən buna məcburam. Heç kəs məni qınamasın. İndi haradasa səhnəyə çıxanda insanların səmimi rəftarını görürəm. Bir vaxtlar onların üzünü güldürmüşəm. İndi elə bil hamı yarama məlhəm olmağı özünə borc bilir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Söhbət var" proqramında deyib. O, dünyasını dəyişən stilist qardaşı Balaşdan söz açıb. Xatun onu itirdikdən sonra pulsuz, işsiz qalmasından söz açıb:

"Sənətə gələndən bu qədər tamaşaçı sevgisi, hörməti görməmişdim. Hərə gəlir yarama bir dərman sürtür. İki övladı var. Maddi öz yerində, o, mənim oğluma da atalıq edirdi. İndi o, öz övladlarına atalıq edə bilmədi. Buna görə də mən çalışmalıyam. Evdə gözüyaşlı ata-anam var. Allah heç bir valideynə övlad dağı göstərməsin. Həyat yoldaşı Gülnar pisdir. Onu çox sevirdi. Rayonda Gülnarı görüb, onun arzusu idi şəhərdə yaşamaq. Balaş deyib ki, səni alacam və şəhərə aparacam. Xoşlayırdı insanların arzusunu yerinə yetirsin. 3 yaşı var körpələrin. Onlara mən baxmalıyam. 

Elə ərəfə idi ki, pul qazanmırdım. Amma dostlarım qoymadı ki, gedim borc alım, qızılımı satım. 40 mərasimindən sonra təklif gəldi, bilmirdim özümü necə aparım. Amma düşündüm ki, nə qədər kömək olar? Yas ərəfəsində bazarlıq, nələr. Hamısı çətin işdir. Həmin vaxt da evdə hamı xəstə idi, atamı xəstəxanaya yerləşdirdik. Düşündüm, kimin əlinə baxım? Edə bilməzdim, qürurlu insanam. Məni indi işə dəvət edənlər sağ olsun".


Etiketlər:  üçün buna məcburam Xatun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ