Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadada ot biçən qızı təyyarə vurub

Kanadada ot biçən qızı təyyarə vurub

Tarix: 7 Iyul 2021 14:20

Kanadanın Kvebek şəhərində aerodrom yaxınlığında ot biçən gənc qızı təyyarə vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The New York Post" xəbər verir.

Qeyd olunur ki, hadisə təyyarənin limana enməsi zamanı qeydə alınıb. Gənc qız xəstəxanaya çatdırılsa da, orada keçinib.

Kvebek polisinin nümayəndəsi Mark Tessye nəşrə açıqlamasında bildirib ki, təyyarənin pilotu da xəstəxanaya yerləşdirilib və əsəb şokundan müalicə olunur.

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının qəzanı araşdırdığı qeyd olunur.

Milli.Az


Etiketlər:  Kanadada ot biçən qızı təyyarə vurub


RƏYLƏR