Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının bu hissəsinə qazın verilişi dayandırıldı

Bakının bu hissəsinə qazın verilişi dayandırıldı

Tarix: 7 Iyul 2021 15:20

Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiyası ətrafındakı binalara təbii qazın verilməsi müvəqqəti dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sonxeber.net-a açıqlamasında bildirib ki, qazın verilişi təmir işləri ilə əlaqədar dayandırılıb:

"Ərazidə 225 millimetr diametrində olan yeni polietilen qaz xəttinin mənbəyə qoşulma işləri aparılır. Əgər işlər qaydasında davam edərsə, 17:00-dək işlərin yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulub".


Etiketlər:  Bakının hissəsinə qazın verilişi dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ