Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 10:02
Azərbaycan vətəndaşlarının bir çoxu hələ də "ov" və "yev" soyad sonluqlarından istifadə edir. İstər soyad sonluğunun, istərsə də soyadın dəyişdirilməsi qanunvericiliklə tənzimlənir. Ancaq bu iki proses bir qədər fərqli icra olunur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki "ASAN xidmət" mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.
Soyad sonluğunu dəyişdirmək istəyənlər cəmi 10 manat dövlət rüsumu ödəməklə problemi həll edə bilərlər. O ki qaldı soyadların dəyişdirilməsinə, bu, bir qədər uzun prosesdir...
Vətəndaşlar arasında soyad sonluğunun və ya soyadın dəyişdirilməsi məsələsinə münasibət birmənalı deyil.
Qeyd edək ki, 1 saylı "ASAN xidmət" mərkəzində 2020-ci il üzrə 114 nəfər , 2021-ci ilin əvvəlindən bu günə qədər isə 48 nəfər ad və soyad üzərində dəyişmə əməliyyatını rəsmiləşdirib.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: