Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2021 12:50
Rusiyanın Buryatiya Respublikasında Azərbaycan vətəndaşı saxlanılıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, öz həmyerlisini qətlə yetirməkdə günahkar bilinir.
Məlumata görə, 2001-ci ilin mayında öz yerlisinin evinə gedən həmin şəxs mübahisə zəminində onu öldürüb.
Bundan sonra Sverdlovsk vilayətinə qaçan qatil saxta sənəd əldə edərək uzun müddət orda gizlənib. O, sürücülük vəsiqəsi almaq istəyərkən ələ keçib.
İlkin dindirmə zamanı isə qətli törətdiyini etiraf edib.