Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2021 18:56
Türkiyədə 37 ildir yaylaqda tək başına yaşayan "Robinzon nənə" kimi tanınan, Fatimə Kayacı adlı qadının həyatı sənədli filmin mövzusu olub.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Trabzon şəhərində yaşayan Fatimə Kayacının Karakırsak yaylasında doğmaları qəflətən vəfat etdikdən sonra, o bu yaylağı daimi evinə çevirib. Kayacı, sərt qış mövsümündə heç kimin qalmadığı yaylağda yaşlanmasına baxmayaraq, cəsarətli həyat tərzi səbəbiylə yerli əhali arasında "Robinzon Nənə" kimi tanınmağa başlayıb. Həyatının sənədli bir film mövzusu olduğuna görə xoşbəxt olduğunu söyləyən Fatimə Kayacı deyib ki, "İllərdir, yay və qış bu yaylada tək yaşayır. Darıxanda odun toplayıb, heyvanlara yem verir. Sənədli film üçün gəlib məni lentə aldılar, inşallah yaxşı olar"deyə "Robinzon Nənə" bildirib.
Qeyd edək ki, illərdir 2 min metr yüksək bir mühitdə yaşayan Kayacı, yerini tamamilə meşə sahəsinə çevirib. Bu səbəbdən də o ilin qadını seçilib. Bu qədər maraqlı bir hekayəsi olan Fatma Kayacı ilə bağlı sənədli filmin hətta İtaliyada film festivalı olan "NuoviMondi" festivalında mükafata layiq görülüb.