Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meqan Foks yeni şəkilləri ilə heyran qoydu - FOTO

Meqan Foks yeni şəkilləri ilə heyran qoydu - FOTO

Tarix: 11 Iyul 2021 04:35

Amerikalı aktrisa Meqan Foks məşhur "InStyele" nəşrinin iyul nömrəsinin əsas qəhrəmanı olub. Açıq-saçıq fotolarda cazibədar model mükəmməl bədən quruluşunu nümayiş edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sözügedən fotolar Meqanın və "InStyele"nin sosial şəbəkə hesablarında paylaşılıb.

Qeyd edək ki, aktrisa jurnala müsahibəsində ilk dəfə olaraq sevgilisi, amerikalı rep ifaçısı və musiqiçi "Machine Gun Kelly" (Kolson Beyker) ilə münasibətlərindən danışıb. O, boşanmasının sevgilisi ilə əlaqədar olmadığını, onu sonradan tanıdığını bildirib.

Qeyd edək ki, Kolson Beykerlə münasibətlər Meqanın tərzinə təsir edib: O, açıq-saçıq geyinləri ilə diqqət çəkməyə başlayıb.

"Meqan həyatımda tanış olduğum heç bir insana bənzəmir", - deyə Kolson bildirib. İfaçının sözlərinə görə, modellə bir-birilərinə fərqli səviyyədə sadiqdirlər.

"Bəlkə də insanlar həqiqi, böyük sevgiyə inanmırlar, amma bizim sahib olduğumuz budur", - deyə Kolson əlavə edib. O, həmçinin üzərində sevgilisinin qanı olan amuleti gəzdirdiyini etiraf edib.

Milli.Az


Etiketlər:  Meqan Foks yeni şəkilləri ilə heyran qoydu FOTO


RƏYLƏR