Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 13:56
"İllər keçdikcə bu kuboku qazanmağa yaxınlaşırdıq. Bunun nə vaxtsa olacağını bilirdim".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun finalında Braziliyaya qalib gəldikləri oyundan (1:0) sonra deyib.
34 yaşlı hücumçu milli komanda ilə qazandığı ilk kubokun sevincini bölüşərkən bunları bildirib: "Amerika kubokunu Braziliyada bu ölkənin millisinə qalib gələrək qazandıq. Xoşbəxtliyimizi sözlə başa sala bilmərəm. Bundan yaxşı bir an düşünə bilmirəm. Bu komanda həqiqətən kuboku qazanmağa layiq idi. Heyrətamizdir, biz xoşbəxtik".