Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 19:44
İngiltərə millisinin hücumçusu Harri Keyn Avro-2020-nin finalında İtaliya ilə oyun öncəsi fikirlərini bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu finala gedən yoldakı maneələri dəf etdiklərini deyib: "Amma indi matça çıxıb qələbə qazanmalıyıq. Avropa çempionatı başlayanda hədəfimiz qazanmaq idi. İndi bunu həyata keçirmək imkanımız var.
Küçələrdə azarkeşləri gördükdə və bu xoş qarşılanmanı hiss etdikdə, bunun ölkə üçün nə qədər vacib olduğunu anlayırıq. Onları təmsil etməkdən qürur duyuruq və ümid edirəm ki, onları bizimlə qürurlandıracağıq".
Qeyd edək ki, bu gün "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.