Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 09:10
"Koronavirusun bizi öldürməsi onun üçün sərfəli deyil, daha sürətli yayılmağı vacib hesab edir"
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov deyib.
Professor bildirib ki, daha çox törəmə qabiliyyətli variantların ortaya çıxması istisna edilmir: "Yüksək ehtimalla deyə bilərik ki, yayılma baxımından digərlərinə nisbətdə üstünlüklərə malik ştammların olması mümkündür. Çox güman ki, bu, virusun məhz yoluxdurmağa ehtiyacı var. Bizi öldürməsi onun üçün sərfəli deyil, ona görə də bu virus daha çox yoluxdurucu olmaq məqsədi daşıyır".
Çulanov əlavə edib ki, koronavirusun təhlükəsiz virus olduğu barədə mif ortadan qaldırılmalıdır: "COVID-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir. Dünyada artıq dörd milyondan çox insan bu xəstəlikdən ölüb. Bundan əlavə, COVID-19 getdikcə qarşılaşdığımız fəsadlarla xarakterizə olunur".