Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Əli Seyidovun da anım günü idi - VİDEO

Şəhid Əli Seyidovun da anım günü idi - VİDEO

Tarix: 12 Iyul 2021 11:04

"Yırtıcı" ləqəbli şəhidin adına bulağın açılışı oldu

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Vətən müharibəsi zamanı düşmənə qan udduran "Yırtıcı" ləqəbli Əli Seyidovun bu gün doğum günüdür. 22-ci yaşını cənnətdə qeyd edən şəhidimizin xatirəsi əbədiləşdirildi. 21 erməni postunu eyni zamanda 7 ermənini əlbəyaxa döyüşdə məhv edən igidimizin yaşadığı evinin qarşısında adına bulağın açılışı oldu. Şəhidin xatirəsinə Ramana qəsəbəsində tikilən bulağın açılış mərasimində ailə üzvləri,qohumları,şəhid anaları,döyüş yoldaşları,qazilər,rəsmilər və din xadimləri iştirak etdilər. Qəhrəmanızın və silahdaşlarının şərəfinə yazılan şeir də adına ucaldılan bulağın qarşısında səsləndirildi.

İndi isə Əli Seyidlinin qısa amma şərəfli ömür yoluna nəzər salaq. Əli 1999-cu ildə Bakı şəhərində doğulub.Hərbi xidmət yolu 2018-ci ilin yanvar ayından başlayıb. "Yırtıcı" ləqəbli igidimizin bircə arzusu var idi. Mübariz İbrahimovun şəhadətə ucaldığı yerdə şəhid olmaq. Şəhidliyi mərd və qeyrətli zirvə hesab edən Əli arzusuna Suqovuşan isqitamətində gədən döyüşlərdə qovuşub. Oktyabr ayının 4-də vətən borcunu yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Əli Seyidov ölümündən sonra "Vətən Uğrunda", "Suqovuşanın azadlığı uğrunda", "Ağdamın azad olunmasına görə", "Cəsur döyüşçü", və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Əli Seyidli oktyabr atının 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub. Mövludun mübarək şəhidim!


Etiketlər:  Şəhid Əli Seyidovun anım günü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ