Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz Fərhad Əliyev - VİDEO

Qəhrəman şəhidimiz Fərhad Əliyev - VİDEO

Tarix: 12 Iyul 2021 11:40

''Deyirdim, şəhid olsun, amma əsir düşməsin. Çünki əsirlərə verilən zülmü düşünəndə ölüb- dirilirdim. İstəmirdim o xəbəri eşidəm. Gözsüz, əlsiz, ayaqsız qəbul edirdim, amma əsir düşməsin deyirdim".

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu, 29 gün oğlundan xəbər tuta bilməyən sumqayıtlı şəhid MAXE Fərhad Əliyevin anası Tacə Vahabovanın son arzusu idi.

Fərhad 44 günlük Vətən müharibəsi dövründə tarixə öz adını qəhrəman kimi yazdırmağı bacardı. 1 yaşında atasını itirən qəhrəmanımız uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Ən böyük arzusu hərbçi kimi düşməndən qisas almaq olub. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edən Fərhad son dəfə ötən il oktyabrın 18-də anası ilə telefon əlaqəsi saxlayıb. Noyabrın 19-da Xocavəndin azad olunması uğrunda gedən döyüşdə düşmənin açdığı snayper gülləsindən şəhid olub.

Qəhrəmanımızın nəşi neytral zonada qaldığından, yalnız 29 gündən sonra oradan çıxarmaq mümkün olub.

Yaxınları deyir ki, döyüş yoldaşları onun şücaətlərindən ağız dolusu danışırlar. Deyirlər ki, döyüşlərdə düşmənə qan uddurur, daim irəliyə can atırdı.

Qəhrəman şəhidimiz Fərhad Əliyev Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. O, ölümündən sonra " Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qəhrəman şəhidimiz Fərhad Əliyev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ