Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 16:00
Yay mövsümü başlayandan bu günə qədər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 29 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən Sonxeber.net-a bildirilib ki, onlardan 10-u hospitalizasiya edilib, 19-na yerində yardım göstərilib.
Müraciət edənlərdən 8 nəfəri uşaq olub, onlardan 3-nə yerində yardım edilib. 21 böyükdən isə 7 nəfərinə yerində yardım edilib.
Qeyd olunub ki, ötən həftə ərzində günvurma ilə əlaqədar 1 nəfər müraciət edib.